Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə məktəbimizdə fəaliyyət planına əsasən silsilə tədbirlər keçirildi. Ulu Öndərin xatirəsinə həsr olunmuş iməcilik keçirildi. İməcilikdə məktəbyanı sahədə abadlıq və yaşıllaşdırma işləri həyata keçirildi. Bu gün ilk dərslər Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olundu. Dərslərdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş slaydlar nümayiş olundu. Dərs gününün sonunda tarix müəllimlərinin təşkilatçılığı ilə “Azərbaycanın görkəmli dövlət xadimi” mövzusunda konfrans keçirildi. Konfransda tarix müəllimləri çıxış edərək dünya şöhrətli siyasi xadim Heydər Əliyevin keçdiyi ömür yolundan, dövlət quruculuğu yolundakı əvəzolunmaz xidmətlərindən danışdılar. Şagirdlərimiz isə hazırladıqları təqdimatda ulu öndərin ölkə iqtisadiyyatına, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğıya toxundular. Sonda məktəbin direktoru A.F.Bayramova Azərbaycan gənclərinin müasir, inkişaf etmiş və yüksək intellektual quvvə kimi formalaşmasında Ulu Öndərin əvəzsiz rolundan danışdı, Ümummilli liderin müasir Azərbaycan cəmiyyətinin inkişafı istiqamətində ən başlıca vəzifə kimi gənclərin təhsilinin və tərbiyəsinin yüksək səviyyədə təşkil etdiyini vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi