Şagirdlərimiz oxuduqları əsərlərdən özlərinə örnək götürürlər

Şagirdlərdə ədəbiyyata, mütaliəyə maraq oyatmaq məqsədi ilə bədii əsərlərin müzakirəsi kecirilir. 4c sinfində “Məftunun bağa girməsi”, 9l sinfində C.Məmmədquluzadənin “Anamın kitabı”, 7d sinfində Ə.Məmmədxanlının “Qızıl qönçələr” əsərinin müzakirəsi keçirildi. Şagirdlər hazırladıqları mütaliə vərəqində, hekayə və obrazlar xəritəsində əsəri təhlil etdilər. Bütün bunlar dərsdə mövzunun şagirdlər tərəfindən daha dərindən mənimsənilməsinə yardımçı oldu. Şagirdlər böyük məharətlə əsərdən rollar ifa edərək, yüksək səhnə mədəniyyəti nümayiş etdirdilər. Artıq ənənə halını almış belə dərslər bir daha sübut etdi ki, şagirdlərin ədəbiyyata , mütaliəyə böyük həvəsi var və onlar bu əsərləri yaşayır, duyur və yaxşı xüsusiyyətləri özlərinə örnək götürürlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi