Kitab bilik mənbəyidir

Gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılması və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsi məktəbimizdə həmisə diqqət mərkəzindədir. Kitabı bütövlüklə oxumaq, əsəri dərk etmək mütaliə mədəniyyətinin vacib ünsürüdür. Kitab məktəblilərin marağını, mənəvi tələbatını ödəyir, təfəkkürünü inkişaf etdirir, yeni bilik qazandırır. Bu məqsədlə məktəbimizdə mütamadi olaraq bədii əsərlərin müzakirəsi keçirilir. 1d sinfində “Bir parça çörək”, 4a sinfində “Lalə və Məryəm”, 5a sinfində “Köç” əsərinin müzakirəsi keçirildi. Mövzu ətrafında diskussiya və fikir mübadiləsi aparıldı, əsərlər rollu oyunlarla və səhnəciklərlə təqdim olundu. Şagirdlərin bədii ədəbiyyatın köməyi ilə bir sıra həyat hadisələrini daha yaxşı mənimsəmələri, düzgün anlamaları bu günkü müzakirədə bir daha sübut olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi