"Oxu günü" tədbirində şagirdlərimiz təqdimatlarla çıxış etdilər

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə “Oxu günü” tədbiri keçirildi. Tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliyə marağının artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır. Tədbirdə paytaxtın 60-dək ümumtəhsil məktəb və liseyində təhsil alan şagirdlər iştirak edirdi. “Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan “Oxu günü”ndə məktəbimizin şagirdləri də təqdimatlarla çıxış etdilər. Səhnə Qarabağ fonunda kitab haqqında söylənilən aforizmlərlə bəzədilmişdi. Şagirdlərimiz İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesindən bir parçanı səhnələşdirdilər. Şagirdimiz Yesenin obrazını mükəmməl canlandırdı. ”Qarağ şikəstəsi” şagirdimiz A.Əhmədovanın canlı ifasında qonaqlarda xoş təssurat yaratdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi