Duzdağ Fizioterapiya Mərkəzi

Ötən əsrin ikinci yarısının əvvəllərindən dünya təbabət elminə bronxial astmalı xəstələrinin karst mağaralarında, duz şaxtalarında müalicəsinin yüksək effekt verdiyi məlum olub. Uzun axtarışlardan, tədqiqatlardan sonra təbiblər bu qənaətə gəliblər ki, duz mədənlərində natrium və xlor ionları üstünlük təşkil etdiyindən o spleoterapiya-ağciyər bronx xəstəliklərinin müalicəsinə olduqca müsbət təsir göstərir. ”Ekoloji aylıqlar” layihəsi çərçivəsində şagirdlərimiz Azərbaycanımızın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikasında 1979-cu ildən fəaliyyət göstərən Duzdağ Fizioterapiya Mərkəzi haqqında araşdırmalarını təqdimat etdilər. Araşdırmalarda aydın oldu ki, yaxından və uzaqdan gələn xəstələr Duzdağda özlərinə şəfa tapırlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi