Naftalan nefti milli sərvətimizdir

Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir. Şəfa mənbəyi sayılan bu neft sayəsində 70-dən artıq xəstəliyin uğurlu müalicəsi mümkündür. “Ekoloji aylıqlar” layihəsi çərçivəsində şagirdlərimiz Naftalan nefti haqqında araşdırmalarını təqdim etdilər. Bu nadir sərvətin xəstələrə verdiyi şəfa haqqında şagirdlər hazırladıqları slaydlarla ətraflı məlumat verdilər. Araşdırmalara əsasən şagirdlər öyrəndilər ki, Naftalan nefti güclü ağrıkəsici, iltihab və allergiya əleyhinə təsirlərə malik olmaqla yanaşı, digər effektiv xüsusiyyətlərə də malikdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi