Min bir dərdin dərmanı –bal

“Ekoloji aylıqlar" layihəsi çərçivəsində şagirdlərimiz “Arı ailəsi və arıçılıq” mövzusunu araşdırdılar. Şagirdlərimiz Azərbaycanda iki növ arı-Bozdağ Qafqaz arısı və sarı ilan arısı haqqında araşdırmalarını təqdim etdilər. Sonra arı ailələri, onun tərkibi və ictimai yaşayış tərzi haqqında məlumat dinlənildi. Arıçılığın əhəmiyyəti haqqında məlumat verən şagirdlərimiz arı məhsullarının xalq təbabətində geniş istifadə yollarından da danışdılar. Min bir dərdin dərmanı olan baldan öskürək əleyhinə məlhəm hazırladılar. İnanırıq ki, şagirdlərimiz bu gün bu mövzunu araşdırdırdılar, gələcəkdə isə arıçılığın inkişafına öz töhfələrini verəcəklər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi