Texnologiya fənninin tədrisi

Texnologiya fənninin şagird şəxsiyyətinin ahəngdar inkişafında təsir imkanlarının praktiki cəhətdən geniş olduğunu nəzərə alaraq, onun tədrisi məktəbimizdə daim diqqət mərkəzindədir. Texnologiya fənnin imkanları daxilində şagirdlərin həyatı bacarıqlar qazanmaları üçün kombinəedilmiş formada təlim işinin qurulması keçirilən monitorinqdə daha aydın göründü. Kombinəedilmiş dərsdə şagirdlər nəzəri və praktik təlim materiallarını birləşdirdilər. Nəzəri bilik qazandıqdan sonra praktik işlərdə həyata keçirdilər. Qazanılan nəzəri bilikdən sonra şagirdlərin hazırladıqları salat, buterbrod, çayın dəmlənməsi üzrə praktik işlərin mükəmməl aparılması hər kəs tərəfindən bəyənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi