Sınaq qiymətləndirmə

Məktəbimizdə şagirdlərin müxtəlif fənlər üzrə bilik və bacarıqlarının inkişaf səviyyəsi mütəmadi nəzarətdə saxlanılır. Bu məqsədlə monitorinqlər aparılır, fənn aylıqları keçirilir. Növbəti belə sınaq qiymətləndirmə coğrafiya və biologiya aylığı çərçivəsində VI-IX sinif şagirdləri ilə aparıldı. Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlər coğrafiya və biologiya fənləri üzrə cari tədris ilində əldə etdikləri bacarıq və qabiliyyətlərini nümayiş etdirdilər. Açıq tipli suallar əsasında tərtib olunmuş biletləri çəkərək şifahi və yazılı şəkildə cavablandırdılar. Fərqli şəkildə keçirilən bu imtahanın gedişində şagirdlərdə yaranan maraq və ruh yüksəkliyini aydın şəkildə görmək olurdu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi