Əsirlikdə yaşayan Xarı bülbül

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində Azərbaycan faunasının möcüzəsi Xarıbülbül haqqında biologiya və coğrafiya fənlərinin inteqrasiyalı təqdimatı keçirildi. Təqdimatda vətənimizin gözəl guşəsi Qarabağın torpaq və iqlim müxtəlifliyi, həmçinin biomüxtəlifliyi haqqında ətraflı məlumat verildi. Şuşanın endomik bitkisi Xarıbülbül haqqında araşdırma aparan şagirdlər bu bitkinin yalnız Şuşada bitmə səbəbini izah etdilər. Xarı bülbülün simbioz yaşadığı göbələklərin yalnız Şuşada olması onun başqa yerdə bitməsinə mane olur. Hal-hazırda əsir həyatı yaşayan bülbülün azad olacağı və torpaqlarımızın geri qaytarılması ilə Qarabağdakı sərvətlərimizə sahib olacağımız təqdimatda xüsusi vurğulandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi