Sağlam bədəndə, sağlam ruh olur

İnsan sağlamlığı üçün ən vacib amillərdən biri fiziki hərəkətdir. Araşdırmalar göstərir ki, idman dərsləri şagirdin həm fiziki, həm də psixoloji hazırlığında mühüm rol oynayır. Yəni, şagird daimi olaraq zehni əməklə məşğul olursa, bu, onun sağlamlığında ciddi fəsadlar yaradır. Buna görə də şagird mütəmadi olaraq həm fiziki, həm də zehni əməklə məşğul olmalıdır. Məktəbimizdə idman dərsləri keyfiyyətli keçirilməsi daim diqqət mərkəzindədir. Şagirdin fiziki tərbiyə dərsində iştirak etməsi onların sağlamlığı, gümrahlığı üçün vacibdir. Məktəbimizdə şagirdlər çox həvəslə idman dərslərində çeviklik qabiliyyətlərini göstərirlər, idman zalında fiziki hərəkətlərin yerinə yetirilməsi üçün lazım olan idman avadanlıqlarından istifadə edirlər. İdman meydançasında uzununa tullanma, müxtəlif məsafələrə qaçış, futbol, volleybol və s. oyunlar keçirilir. Siniflər arasında təşkil olunmuş idman yarışları şagirdlərin idman dərslərinə marağını daha da artırır. Şagirdlərimiz müxtəlif növ respublika idman yarışlarında fəallıq göstərərək müvafiq sertifikatlar və I, II, III yerləri qazanmışlar. Hər bir normal cəmiyyət üçün savadlı insandan daha öncə sağlam insan lazımdır. Bu gün tərbiyə işinin tərkib hissəsi uşaqların sağlamlığının qorunmasıdır. Məktəbimizdə də tərbiyə işlərinə məhz bu yöndən yanaşılır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi