Mütaliə etmədən düşüncə formalaşa bilməz

“İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı” layihəsi əsasında II-IV siniflərdə şagirdlərin oxuyub anlama, mütaliə vərdişlərinin səviyyəsinin öyrənilməsi məqsədilə 3ç sinfində “Kəlilə və Dimnə”dən “Tacir və dostu” hekayəsi müzakirə olundu. Dərsin motivasiyası”Tıq-tıq xanım“ cizgi filmi və “Bəxtiyar” filmindən kiçik fraqment üzərində quruldu. Hər iki fraqmenti diqqətlə izləyən şagirdlər oradakı dostları müqayisə etdilər. Sonra “Əsl dostluq nədir?" anlamını özləri düşündükləri kimi ifadə etdilər. “Tacir və dostu” əsərini aydın və obrazlı şəkildə oxuyub əsərin müzakirəsinə başladılar. Müzakirə maraqlı diskussiya şəklində keçdi. Dostluğu pozan xüsusiyyətlər xüsusi vurğulandı. Rollu oyunla əsərin təqdimatı çox maraqla qarşılandı. Əsərin təhlilindən şagirlər sonda belə nəticəyə gəldilər ki, əmanətə xəyanət etmək olmaz. Dostlar arasında xəyanət inamın itməsinə və dostluğun pozulmasına gətirib çıxarır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi