"Ailə, sevgi, sədaqət, həmrəylik məktəbidir” şeir-hekayə müsabiqəsinin qalibləri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığına əsasən “Aydınlığa doğru” milli- mənəvi dəyərlərin qorunması İctimai Birliyi tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən ümumtəhsil məktəblərində “Ailə, sevgi, sədaqət, həmrəylik məktəbidir” şeir-hekayə müsabiqəsi təşkil edilmişdir. Müsabiqənin nəticələri ilə bağlı 21 aprel 2017-ci il tarixdə yekun tədbir keçirilmişdir. Tədbirə müsabiqə iştirakçısı olan məktəblilər, onların valideyinləri, məktəb rəhbərliyi dəvət edilmişdir. Məktəbimizin 8l sinif şagirdi Aysun Ağaməmmədova və 8l sinif şagirdi Əliyeva Rasimə müsabiqədə uğurla iştirak edərək münsiflər heyəti tərəfindən rəğbətləndirilmiş, diplom və hədiyyələrlə mükafatlandırılmışlar. Şagirdlərimizi təbrik edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi