Şagirdlərimiz Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda oldular

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində bir qrup şagirdimiz biologiya müəllimlərinin rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda oldular. Şagirdlərə heyvanlar aləminin əsas növ tərkibinin müəyyənləşdirilməsi, ayrı-ayrı qrupların yayılma xüsusiyyətləri, ekologiyası haqqında ətraflı məlumat verildi. Xeyirli və zərərli növlərin aşkarlanması, xeyirli növlərin qorunması və artırılması, zərərli növlərə qarşı mübarizə tədbirlərinin elmi əsaslarından danışıldı. Sonra şagirdlərimiz zoologiya institutunun elmi işçilərinin müxtəlif elmi tədqiqat işləri, apardıqları maraqlı təcrübələrlə tanış oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi