“Azərbaycan florası, nadir və nəsli kəsilməkdə olan və qiymətli bitki növləri haqqında” praktik dərs

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində bir qrup şagirdimiz biologiya müəllimlərinin rəhbərliyi ilə Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında oldular. Nəbatat bağında “Azərbaycan florası, nadir və nəsli kəsilməkdə olan və qiymətli bitki növləri haqqında” praktik dərs keçirildi. Şagirdlər Nəbatat Bağına introduksiya olunmuş müxtəlif bitkilərlə (Azərbaycan florasına aid endem və nadir bitkilər, dərman bitkiləri və s.) əyani tanış oldular, bu bitkilərin təbii yayılma əraziləri, onların əhəmiyyəti, mühafizə problemləri haqqında geniş məlumat əldə etdilər, hazırladıqları müşahidə vərəqində bitkilərin xüsusiyyətləri haqqında qeydlərini apardılar. İnanırıq ki, şagirdlərimiz bu gün apardıqları qeydlərlə gələcəkdə öz elmi araşdırmalarının təməlini qoyacaqlar, Azərbaycan təbii sərvətləri və biomüxtəlifliyinin artırılmasına töhfələr verəcəklər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi