Ağac əkmək dünyada yaxşı iz qoymaqdır

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın üzvləri Eldar Şamı kimi tanınan həmişəyaşıl ağac haqqında öz araşdırmalarını təqdim etdilər. İlk öncə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Samux rayonunun inzibati ərazisində yaradılmış Eldar Şamı Dövlət Təbiət Qoruğu haqqında məlumat verdilər. Şagirdlərimiz öz təqdimatlarında vurğuladılar ki, ağaclar çiçəyi, yarpağı, meyvəsi, qabığı ilə dərdə məlhəmdir, meyvəsi ilə süfrəmizə yaraşıqdır, görkəmi ilə göz oxşayandır, bağları, parkları, həyətləri bəzəyəndir. Bir sözlə ağaclar boya-başa çatdığımız məkanın təmizləyicisidir, oksigen mənbəyimizdir. Ağacların xalq təbətində geniş istifadəsindən danışdılar. Sonra Eldar şamının tozcuğunu bal ilə qarışdıraraq öskürək əleyhinə məlhəm hazırladılar. Eldar şamının əkilib becərilməsi haqqında araşdırmalarını isə məktəbyanı sahədə təqdim etdilər. Quraqlığa və çirklənməyə ən davamlı bitki olan Eldar şamının Abşeronun iqliminə çox uyğun gəldiyi söylənildi. Ağac əkmək dünyada yaxşı iz qoymaqdır. Şagirdlərimiz də bu gün bir iz qoydu. Məktəbyanı sahəyə Eldar şamını əkdilər. İnanırıq ki, Eldar şamı şagirdlərimizin qayğısı ilə böyüyüb öz 120 illik ömrü ilə həmişə insanların qoruyucusu və sağlamlığının keşikçisi olacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi