246 N - li məktəb-liseydə VII sinfə qəbulla bağlı imtahan keçirildi.

02.06.2015-ci il tarixində Bakı Şəhəri 246 saylı məktəb –lisey üzrə 2015-2016-cı dərs ili üçün yeddinci sinfə qəbulla bağlı imtahan keçirildi. Lisey siniflərin yaradılmasında əsas məqsəd şagirdlərin hümanitar sahəyə marağını artırmaq və ana dili, tarix, ingilis dili, fənlərini daha yüksək səviyyədə tədris etməkdir. Adi siniflərdən fərqli olaraq lisey siniflərinin tədris planında adı çəkilən fənlərə ayrılan saatların miqdarı artıqdır. Bu siniflərdə tədris edən müəllimlər yüksək peşəkarlığa malik olan , Təhsil Nazirliyi tərəfindən keçirilən sınaq qiymətləndirilməsində yüksək nəticə əldə edən müəllimlərdir. İmtahan ana dili, tarix, İngilis dili fənnləri üzrə testlərlə aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi