Min bir dərdin dərmanı-zəfəran

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində şagirdlərimiz bitkilər aləminin "örtülütoxumlular" şöbəsinin "ikiləpəlilər" sinfinin "quzqonmazçiçəklilər" sırasının "süsənkimilər" fəsiləsinə aid olan zəfəran bitkisi haqqında öz araşdırmalarını təqdim etdilər. İlk öncə zəfəran bitkisinin quruluşundan, müalicəvi xüsusiyyətindən, istifadəsindən geniş məlumat verdilər. Sonra şagirdlərimiz müxtəlif xəstəliklər(sarılıq, öd kisəsi, qaraciyər, göz, sətəlcəm, baş ağrısı, yuxusuzluq və s.) zamanı zəfəran bitkisindən istifadə üsullarını təqdim etdilər. Labaratoriyada zəfəranın qurudulmuş tellərindən dəmləmə hazırladılar. Zəfəran bitkisinin əkilib-becərilməsi haqqında təqdimat məktəbyanı sahədə oldu. Şagirdlərimiz soğanaqla çoxalan bitkini məktəbyanı sahəyə əkdilər. İnanırıq, şagirdlərimiz möcüzəvi bitkinin becərilmə qaydalarına da düzgün riayət edəcəklər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi