Güləkmə aksiyası

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyinin artırmaq məqsədi ilə məktəbyanı sahədə güləkmə aksiyası keçirildi. Biologiya müəllimlərinin iştirakı ilə keçirilən aksiyada ilk öncə şagirdlərə güllərin əkilməsi və onlara qulluq qaydaları haqqında məlumat verildi. Sonra şagirdlərimiz müxtəlif gül və çiçək şitillərini məktəbyanı sahədə əkdilər. Güləkmə aksiyasından bəhrələnən şagirdlərimiz doğma Azərbaycanımızın təbii sərvətlərinin və biomüxtəlifliyinin artırılması ənənəsini gələcəkdə də davam etdirəcəklər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi