Yol hərəkəti qaydalarını öyrənirik

Şagirdlərə yol hərəkəti qaydalarını öyrətmək, yarana biləcək təhlükəli və xoşagəlməz hallardan qorunmağın yollarını izah etmək məqsədi ilə məktəbimizdə mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir, həyat bilgisi dərslərində məlumatlar verilir, uşaqların əl işlərindən ibarət rəsm sərgisi təşkil olunur. 4c sinfində növbəti həyat bilgisi dərsi “Yol hərəkəti qaydalarını öyrənirik” mövzusuna həsr olundu. Şagirdlər yol hərəkəti qaydalarını sadaladılar, mövzuya uyğun mahnı oxudular, yol haqqında atalar sözləri, tapmacalar söylədilər. Sonda şagirdlər təqdim etdikləri kiçik səhnəciklə yol hərəkəti qaydalarını mükəmməl mənimsədiklərini nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi