“Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu ətrafında araşdırmalar

"Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu ətrafında şagirdlərimiz araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlər həyata keçirirlər. Məktəbimizin biologiya müəllimlərinin rəhbərliyi altında şagirdlərimiz məktəbyanı sahədə bitən cır meyvə ağacı üzərində calaq üsulunu öyrəndilər. Şagirdlər ilk öncə calağın növləri ilə tanış oldular. Sonra "T" şəkilli üsul ilə göz,yarma calağı etdilər. Şagirdlərimiz həmçinin məktəbyanı sahədə bitən gül kollarının və ağacların dibini yumşaltdılar. Bitkilərin dibinə yaxşı qidalanmaları üçün özlərinin hazırladıqları mineral gübrəni tökdülər. Ümidvarıq ki, şagirdlərimiz bu gün öyrəndikləri calaq üsulu ilə Azərbaycanın biomüxtəlifliyinin qorunub saxlanmasında və artırılmasında öz töhfələrini verəcəklər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi