Torpaq and yerimizdir

06.04.2017-ci il tarixdə məktəbimizdə ordumuzun böyük gücə malik olduğunu sübut edən aprel döyüşlərinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan vətən övladlarının, o cümlədən aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Ermənistan silahlı birləşmələri tərəfindən atəşkəsin pozulması zamanı dinc əhalinin intensiv atəşə tutulması, Azərbaycan Ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması barədə şagirdlərimiz geniş məlumat verdi. Qeyd edildi ki, aprel döyüşlərində dövlətimizin və ordumuzun gücü, xalqımızın birliyi, həmrəyliyİ və vətənpərvərliyi bir daha nümayiş olundu. Şagirdlər aprel hadisələrinə həsr edilmiş şeirlər, mahnılar söylədilər, ədəbi-bədii kompozisiyalar nümayis etdirdilər. Şagirdlərimiz vaxtilə ali məktəbə qəbul imtahanında 700 bal toplayan Müşfiq Orucovun arzularını dilə gətirdilər. Lakin vətən sevgisi Müşfiqin arzularını yarımçıq qoydu.Torpaqlarımızın azadlığı uğrunda mübarizədə şəhidlik zirvəsinə ucaldı.Tədbirdə məktəbimizin ingilis dili müəllimi, aprel döyüşlərində şəhid olmuş Mahir Quliyevin bibisi Z.Məmmədova qardaşı oğlunun qısa, lakin şərəfli ömür yolundan danışdı. Mahirin torpaqlarımız uğrunda göstərdiyi qəhrəmanlığın gənclərə hər zaman nümunə olacağını qeyd etdi. Sonda məktəbin direktoru A.Bayramova çıxış edərək Azərbaycan Ordusunun gücü sayəsində tezliklə torpaqlarımızın düşmən işğalından azad ediləcəyini, üçrəngli bayrağımızın Lələtəpə və Talış yüksəkliklərində olduğu kimi, doğma Qarabağımızın hər bir guşəsində dalğalanacağını əminliklə söylədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi