Bir əsrdə iki soyqırım yaşamış xalq

31 mart - Azərbaycanlıların Soyqırımı Günü məktəbimizdə qeyd edildi. İlk dərslərdə şagirdlərə erməni qaniçənlərinin tarixən xalqımızın başına gətirdiyi dəhşətli faciələr və həyata keçirdikləri soyqırım barədə geniş məlumat verildi. Sonra ingilis dili müəllimi Ş.Hüseynovanın təşkilatçılığı ilə ”Bir əsrdə iki soyqırım yaşamış xalq” mövzusunda konfrans keçirildi. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. İngilis dilində hazırlanan çıxışlarda Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımızın ağır təzyiqlərə məruz qaldığı, 31 mart soyqırımı bəşər tarixində baş verən ən qanlı faciələrdən biri kimi tarixə düşdüyü bildirildi. Müzakirələrlə keçən konfransda bir daha vurğulandı ki, tarixin neçə-neçə sınaqlarından şərəflə çıxan xalqımız faciələrdən, soyqırımlardan sarsılsa da öz əzmini itirməyib, əksinə daha güclü, qudrətli dövlətin qurulmasında əzmkarlıq, mübarizlik ruhunu artırıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi