Bəşər tarixinin ən qanlı və faciəli səhifəsi

31 mart - Azərbaycanlıların Soyqırımı Günü məktəbimizdə böyük bir hüznlə anılıb. Həftə ərzində Azərbaycan tarixi dərslərində erməni qaniçənlərinin tarixən xalqımızın başına gətirdiyi dəhşətli faciələr və həyata keçirdikləri soyqırım barədə şagirdlərə geniş məlumat verilib. 31 mart soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyi, bu hadisənin bir soyqırımı aktı olduğu şagirdlərin bir daha diqqətinə çatdırılıb.Bundan əlavə, GÇQH dərslərində bəşər tarixinin ən qanlı və faciəli səhifələrindən olan 1918-ci il 31 mart soyqırımına həsr olunmuş “Dünya həqiqəti bilməlidir” sənədli filmi nümayiş etdirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi