İngilis dili dərsdinləmələri

Şagirdlərin elmin əsaslarına yiyələnməsinin ən optimal yolu şübhəsiz ki, dərs prosesinin elmi-metodiki yanaşma, müəllim-şagird münasibətlərinin qarşılıqlı anlaşma şəraitində təşkil olunmasından keçir. Dərsdinləmələr keyfiyyətli təhsil şəraiti,şagirdlərin birgə əməkdaşlıq və məsuliyyət duyğularını inkişaf etdirir, müəllimlər arasında isə bilik və bacarıqların təkmilləşməsinə, təlim işində təcrübə mübadiləsinə, ən yaxşı dərs nümunələrinin yayılmasına, qabaqcıl təcrübənin öyrənilməsinə kömək edir. İngilis dili aylığı çərçivəsində yeni təlim texnologiyaları əsasında qurulan dərslər canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçirilirdi. Dərsdinləmələr elmi-metodik prinsip və meyarlar əsasında məktəb rəhbərliyi və fənn müəllimləri ilə birgə təhlil olunurdu. Müzakirə zamanı bu məsələlər ətraflı aydınlaşdırılır, şagirdlərin fundamental təhsili, şəxsiyyət kimi formalaşması məsələlərinə xüsusi diqqət yetirılirdi, müsbət cəhətlərlə yanaşı, çatışmazlıqların hər biri ayrılıqda qeyd edilirdı. Dərsdinləmələrdə valideynlərin iştirakı onların tədris prosesinə cəlb edilməsinə xidmət edirdi. Beləliklə, valideynlər yeni təlim metodları ilə tanış olur, həm də övladlarının bilik və bacarığını dərs mühitində müşahidə edirdilər. Sevinclə deyə bilərik ki, gündəlik dərsdinləmələr pedaqoji kollektivin təlim işinə, metodik həyatına yeni ab-hava, təravət gətirir, şagirdlərdə isə sosiallığı artırır, bu da onların cəmiyyətə daha rahat inteqrasiyasına köməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi