"Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək"

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində bir qrup şagirdimiz Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinə ekskursiya etdi. “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” adı altında keçirilən layihədə Dövlət Agentliyinin əməkdaşları şagirlərə yenilənə bilən enerji növləri, onların xüsusiyyətləri, bərpa olunan enerjinin əhəmiyyətindən danışdılar. Şagirdlərimiz ekskursiyada günəş panellərinin işlənməsi, prinsipləri, külək stansiyalarının növləri və texnologiyası haqqında geniş məlumat topladılar,əldə etdikləri nəzəri biliklərin praktikada tətbiqini möhkəmləndirdilər. Sonda şagirdlər üçün təşkil olunmuş bayram süfrəsində əsl Novruz abu-havası yaşandı. Bayram tonqalından atlanan şagirdlərimiz xoş anlarını xatirə şəklində əbədiləşdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi