Düşündürən gülüş

Azərbaycan dili və ədəbiyyat müəlliməmiz M.Məmmədova və S.Əlizadənin təşkilatçılığı ilə 6ç, 6a sinif şagirdləri Mir Cəlal yaradıcılığından "Dərsimi yaz" adlı kiçik səhnəciklə izləyənlərə xoş anlar bəxş etdilər. Səhnəcik 9 bacıdan sonra doğulmuş, ərköyün böyümüş, tənbəl Tofiqin sərgüzəştlərindən bəhs edirdi. Komik səhnələrlə auditoriyanı güldürməyi bacaran kiçik "aktyor" və "aktrisalarımız" Novruz motivləri ilə də xoş əhval-ruhiyyə yaratdılar. Eyni səhnədə pərdə arxasında dəyişikliklər edərək həm ev şəraitini, həm də məktəbdə sinif otağını canlandırmağı bacaran şagirdlərimiz bu çeviklikləri ilə də izləyənləri heyrətləndirdilər. Səhnə tərtibatı, musiqi seçimi isə zalda əsl bayram, bahar abu-havası yaratdı. Müəllimlərimizə və şagirdlərimizə bu xoş anlar üçün təşəkkür edir və uğurlarının davamını diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi