Novruz gəlir, yaz gəlir

Milli bayramlarımızın qeyd olunması ilə xalqımızın milli – mənəvi dəyərlərinin yaşadılması, gələcək nəsillərə ötürülməsi məqsədi ilə məktəbimizin akt zalında ”Novruz gəlir, yaz gəlir” adlı möhtəşəm tədbir keçirildi. Zal milli adət ənənələrə əsasən bəzədilmiş, rəngarəng xalılar salınmış, hər tərəfə səmənilər, şamlar düzülmüşdür. Bəzədilmiş xonçalarda Novruzun atributları var idi. “Cəngi “ sədaları ilə milli geyimdə səhnəyə çıxan 4-cü sinif şagirdlərimiz əvvəl Novruzun gəlişindən xəbər verən çərşənbələr haqqında məlumat verdilər. Sonra tədbiri qızlarımızın milli geyimdə rəqsləri, mahnıları, şeirləri, səhnəcikləri bəzədi. Geyimləri ilə gülüş doğuran Novruzun sevimli personajları kosa və keçəlin duzlu-məzəli çıxışları tədbiri daha da şənləndirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi