Dağlıq Qarabağ müharibəsinin canlı şahidləri---müharibə veteranları ilə görüş

Gənclərin vətənpərvərlik yolunda tərbiyəsinə təkan vermək, onları Azərbaycanın işğal altında olan rayonları və ermənilər tərəfindən dağılmış, məhv edilmiş maddi və mənəvi sərvətlərimiz haqqında məlumatlandırmaq məqsədilə 22.05.2015 ci il tarixdə Bakı şəhəri 246 Nli məktəb liseydə 8-11-ci sinif şagirdlərinin müharibənin canlı şahirdləri – Qarabağ müharibəsi veteranları Camal Hüseynov, İsgəndər Nuriyevlə görüşü keçirildi.Məktəb liseyin direktoru A.Bayramova müharibə veteranlarını şagirdlərə təqdim edərək bu cür görüşlərin keçirilməsinin onların hərbi vətənpərvərlik ruhunda böyümələri üçün nə dərəcədə əhəmiyyət daşıdığını vurğuladı.Müharibə veteranları könüllülərdən ibarət batalyonun mənfur düşmənə qarşı necə vuruşduğundan , keçdikləri ağır döyüş yolundan , şəhid olmuş oğullarımızın göstərdikləri mərdlik və igidliklərdən , Dağlıq Qarabağın coğrafi mövqeyindən , döyüşdə baş verən maraqlı hadisələrdən , Qarabağ müharibəsinin səbəblərindən ətraflı məlumatlar verdilər.Şagirdlər onları maraqlandıran sualları veteranlara ünvanladılar.Görüşün sonunda Azərbaycan Respublikasının könüllülərdən ibarət dəstələrinin müharibə illərində döyüş ruhunu , ordumuzun dünənini, bu gününü , inkişaf tarixini əks etdirən video rolik nümayiş etdirildi.Azərbaycan Respublikasını Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin ordumuz haqqında, onun müasir standartlara uyğun təchizatı haqqında fikirləri də səsləndi .Görüş şagirdlərdə xoş təəsürat yaratdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi