Biologiya fənni üzrə ekskursiya

13.05.2015- ci il tarixində məktəb liseyin biologiya müəllimi D.Mövsümzadə “ Təbiətdə fəsil dəyişkənliyi ” mövzusunda müşahidə aparmaq məqsədilə 6 r sinfi ilə Mərdəkan Dendra parkına, quşların və məməlilər sinfinə daxil olan heyvanların bədən quruluşlarının xüsusiyyətlərini, davranışlarını öyrənmək üçün isə 7r ,8r sinfi ilə birlikdə heyvanat parkına ekskursiya təşkil etmişdir.Ekskursiya zamanı şagirdlər respublikamızın flora və faunası ilə yaxından tanış olmuş , herbari üçün materiallar toplamış, bitkilərin dəyişkənliyi, heyvanların xüsusiyyətləri haqqında xüsusi hazırlanmış cədvəldə qeydlər aparmışlar.Ekskursiya şagirdlərdə xoş təəsürat yaratmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi