Xoşbəxt və özünəinamlı təhsilverənlərin formalaşmasının sirri

Müəllimlərin peşəkarlığına təsir edən amillərdən biri də mentorluq fəaliyyətidir. Bu məqsədlə də məktəbimizdə müəllimlərin bir-birlərinin təcrübəsindən yararlanmaq üçün mentorluq fəaliyyəti həyata keçirilir və pedaqoqlar arasında təlim əməkdaşlığına böyük önəm verilir. ”Şərq Tərəfdaşlığı ölkələrində İnsan Hüquqlarının Tədrisi və Demokratik Vətəndaşlığın Təşviqi “ layihəsində iştirak edən ibtidai sinif müəlliməmiz Y. Əsgərova həmkarlarına formal təhsil sisteminin ibtidai pilləsində Demokratik Vətəndaşlıq və İnsan Hüquqları Tədrisinin həyata keçirilməsini təmin etmək haqqında məlumat verdi. Y. Əsgərova dərslərdə şagird hüquqlarının qorunması və dəstəklənməsi metodologiyasından danışdı, maraqlı dərs formalarından bəhs etdi. O, dərs prosesində daha xoşbəxt və özünəinamlı təhsilverənlərin formalaşmasına nail olmaq yollarını həmkarlarına izah etdi. Sonra müəllimlər bu strukturun birgə istiqamətlərini müəyyənləşdirdilər. Maraqlı diskussiya təlimin daha da işgüzar keçməsinə səbəb oldu. Müəllimlərimizə öz peşəkarlıq səviyyələrini yüksəltmək istiqamətində uğurlar və ruh yüksəkliyi arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi