Növbəti dərsdinləmə

Növbəti dərsdinləmə 6ç sinfində Azərbaycan dili fənni üzrə keçirildi.Fənn müəllimi M.Məmmədovanın sinif otağında yaratdığı bahar təravətli abu-hava şagirdlərdə xoş təəssürat yaratdı.”Ustadın məsləhəti” mətni əsasında keçirilən dərsin əsas mövzusu tənqid və özünütənqid idi.Şagirdlər qrup şəklində həm dərslik,həm də iş vərəqləri vasitəsi ilə çalışaraq mövzu haqqında öz müstəqil fikirlərini ifadə etdilər.Dərsdə şagirdlər mətn əsasında dil qaydalarına aid tapşırıqları da həvəslə yerinə yetirdilər.Sonda şagirdlər belə bir nəticəyə gəldilər ki,özünütənqid bacarığı olmadan heç bir inkişaf olmaz.İnsan öz səhvlərini görməyi bacarsa,kənardan olan haqlı tənqidi müsbət qəbul etsə,səhvlərini aradan qaldıraraq daha çox uğur əldə edə bilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi