Əyləncəli viktorina
İngilis dili aylığı çərçivəsində fənn müəllimlərinin təşkilatçılığı ilə əyləncəli viktorina keçirildi. Şagirdlər ingilis dilində bir-birindən maraqlı suallara cavab verdilər, məntiqi çalışmaları həvəslə yerinə yetirdilər. Sonda hər iki komanda qalib elan olundu.