Dadlı yeməklər çoxdur, sağlamlıq təkdir!

İngilis dili aylığı çərçivəsində şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə, müstəqillik, dərketmə qabiliyyəti, idrak fəallığı səviyyəsinin öyrənilməsi, müəllim–şagird münasibətlərinin təhlili məqsədi ilə dərsdinləmələr keçirilir. Növbəti dərsdinləmə 6a sinfində keçirildi. Dərsin mövzusuna uyğun olaraq ingilis dili müəlliməmiz A.Nağıyeva şagirdlərə ”Sağlam və zərərli qidalar” haqqında məktəbin yaxınlığındakı marketdə əyani məlumatlar verdi. Sonra məktəbə qayıdan şagirdlər sağlam və zərərli qidalar haqqında qrup işlərində əyani topladıqları məlumatı cəmləşdirdilər. Maraqlı diskussiya şəklində keçirilən müzakirələrdə bir daha şagirdlər dadlı yeməklər çoxdur, amma sağlamlıq təkdir qənaətinə gəldilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi