Məntiqi təfəkkürü ilə seçilən şagirdlərimiz

Bugünkü təhsil şagirdlərə təkcə bilik verməklə yanaşı həm də onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini də tələb edir. Şagirdi müstəqil həyata hazırlamaq şəxsiyyətyönümlü təhsilin əsas məqsədidir. Şagirdlərin şəxsiyyət kimi formalaşmasında təfəkkürün inkişafı çox mühüm amildir. Fəal təlimin əsas üstünlüyü şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir.Məhz bu məqsədlə vaxtaşırı şagirdlərlə məntiq əsaslı test tapşırıqları keçirilir,təhlilər,araşdırmalar aparır, nəticələr əsasında lazımı istiqamətlər müəyyənləşdirir.Növbəti məntiqi test tapşırıqları “Lütfi Zadə Məktəblilərarası Məntiq Olimpiadası”nda iştirak edəcək şagirdləri aşkarlamaq məqsədi ilə keçirildi. Şagirdlərimizə məqsədə çatmaq yolunda iradə və qətiyyətlə yanaşı iti zehin və möhkəm hafizə arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi