Düzgün və sağlam qida seçək!

Məktəb dövründə və yeniyetmə yaşda uşaqlarda aktiv inkişaf gedir, sklet böyüyür, çəki və əzələ kütləsi sürətlə artır. Məktəblinin yaşına və orqanizmin təlabatına uyğun qida rejiminin düzgün təşkil olunması məqsədi ilə şagirdlərimizlə “Düzgün və sağlam qida seçək!” mövzusunda maarifləndirici söhbət aparıldı. Şagirdlərə xüsusi görünüşü və dadı ilə diqqətimizi cəlb edən qidaların çox vaxt ən zərərli olduğu,orqanizmə göstərdiyi ziyanı, xüsusi ilə də müxtəlif xəstəliklər yaratması haqqında məlumatlar verildi. Maarifləndirici bukletlərdə şagirdlər bir daha zərərli qidalar haqqında gərəkli məlumat əldə etdilər, məktəblilərin düzgün qida rasionu ilə tanış oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi