Heydər Əliyev Mərkəzinə ekskursiya

Mərkəzlə tanışlıq “Azərbaycan inciləri” sərgi zalından başladı. Mərkəzin əməkdaşı bildirdi ki, buradakı sərgilər paytaxt Bakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından xüsusi önəm kəsb edir. Sonra şagirdlərimiz 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxdılar. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, ulu öndər barədə maraqlı faktlar, foto və videomateriallar şagirdlərin xüsusi marağına səbəb oldu. Sonda “Yol hərəkəti qaydalarını öyrənirik” mövzusunda şagirdlərlə maarifləndirici söhbət aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi