Şagirdlərimiz uşaq sığınacağının qonağı oldular

Ulu babalarımızdan bizə miras qalmış milli bayramımız olan Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlarla bayramlaşarlar. Bir qrup şagirdlərimiz də qədim adət-ənənələrimizə sadiq qalaraq Novruz bayramı ərəfəsində məktəb icması və sinif rəhbərləri ilə birgə uşaq sığınacağını ziyarət etdilər. Uşaqlarla görüşən şagirdlərimiz onlarla birgə şeir söylədilər, nağıl danışdılar, mahnı oxudular. Sığınacaqda maraqlı və əyləncəli vaxt keçirən şagirdlərimiz şəkil çəkdirməyi də unutmadılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi