Od cərşənbəniz mübarək!

Azərbaycanlıların qədim bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə bu gün şagirdlərimiz texnologiya dərslərində məktəbyanı sahədə ağacların qurumuş budaqlarından tonqal qaladılar, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları odda yandırdılar. Sinif otaqlarında təmizlik işi gördülər. Od cərşənbəniz mübarək!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi