İşğal olunmuş torpaqlarımızın ekoetnoqrafiyası

Azərbaycan tarixi və etnoqrafiyası aylığı çərçivəsində “İşğal olunmuş torpaqlarımızın ekoetnoqrafiyası ” mövzusunda təqdimat keçirildi. Məktəbimizin tarix müəllimi C.Hüseynova işğal olunmuş torpaqlarımız haqqında məlumat verdi. Şagirdlər araşdırmaları əsasında hazırladıqları təqdimatda qaçqın həyatı yaşayan həmyerlilərimizə vurulan mənəvi və maddi zərərlərdən, işğal olunmuş ərazilərimizdə dağıdılmış tarixi abidələrimizdən, ekologiyamıza vurulan zərərlərdən danışdılar. İştirakçılar işğal altında olan dilbər güşələrimizə hazırladıqları videocarxda qiyabi səyahət etdilər. İşğal olunmuş torpağa möhtəşəm qaydışın yaxın zamanlarda olacağına əmin olan şagirdlərimiz ərazi bütövlüyümüz və torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə üzərlərinə düşən vəzifəyə layiqincə əməl edəcəklərinə söz verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi