Valideyn klubunun təklif və rəyləri dinlənildi

Müəllim, valideyn və şagirdlər arasında sıx əməkdaşlıq yaratmaq, şagirdlərin dərsdənkənar produktiv vaxt keçirməsinə istiqamət vermək, məktəb həyatını birlikdə daha yaxşı etmək məqsədi ilə siniflər üzrə aktiv valideynlərin cəmləşdiyi “Valideyn klubu”nun bir qrup üzvü ilə məktəb rəhbərliyinin növbəti görüşü keçirildi. Görüsü məktəbin direktoru A.Bayramova açaraq valideynləri məktəbdə və təhsildə gedən yeniliklərlə məlumatlandırdı. Valideynlərin məktəb həyatında fəal şəkildə iştirakının tədris prosesinə müsbət təsirini xüsusi vurğulandı. Görüşdə sinif icma üzvlərinin təklif və rəyləri dinlənildi. Aktivliklə müşahidə olunan görüşdə valideynlərin sualları ətraflı cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi