İşğal olunmuş ərazilərdə ekoloji terror

   8c sinif şagirdləri coğrafiya fənn müəllimi N.Hüseynovanın təşkilatçılığı ilə “İşğal olunmuş ərazilərdə ekoloji terror” haqqında təqdimat etdilər. Söylənildi ki, ekoloji terror (ekoterrorizm) – konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Ətraf mühitə və inkişafa dair Rio-De-Caneyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ermənistanın Azərbaycana  silahlı konfliktləri  zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət edilmədi, flora və fauna məhv edildi. Su ehtiyatları davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirıldiyindən  Azərbaycan ərazilərindən keçən Araz çayının 43 km hissəsindəki mikroflora və mikrofauna  tamamilə məhv edildi.Yaşıllıqlar məhv oldu.

 Təqdimatlarda  2024-cü ildə Bakıda keçiriləcək COP 29 konfransına da toxunuldu.Azərbaycanın  ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində önəmli addımlar atmaqla beynəlxalq arenada diqqət mərkəzində olduğu söylənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi