COP29 şagirdlərin təqdimatında

   Bu il noyabrın 11-dən 24-dək Bakıda baş tutacaq  COP29-la bağlı 8d sinif şagirdləri təqdimat etdilər. Biologiya fənn müəllimi V.Məmmədovanin təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”da söylənildi ki, “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-u dünya ictimaiyyəti  müzakirə etdiyi halda, hadisələr gözümüzün qarşısında – Azərbaycanda cərəyan edəcək. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə ölkə rəhbərliyinin ekoloji təhlükəsizlik məsələsinə nə qədər böyük həssaslıq nümayiş etdirməsinin məntiqi nəticəsidir.

   Şagirdlər   təqdimatlarında bu  konfransın şimal və cənub arasında körpü   rolunda olduğunu söylədilər, COP 29-un qlobal ekoloji problemlərin  həllində  dünya və ölkəmiz üçün  əhəmiyyətini vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi