“Xocalısız 25 il ”

Unutmadıq! Unutmarıq! Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri- insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.Dərs gününün sonunda məktəbin akt zalında “Xocalısiz 25 il ” adlı ədəbi-bədii gecə keçirildi. Əvvəlcə faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Şagirdlər XX əsrin sonlarında erməni yağılarının törətdikləri misligörünməmiş vəhşilikləri səhnəciklərdə canlandırdılar, vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirdilər. Müxtəlif dillərdə “Xocalıya ədalət”,”Terrora yox deyirik”söyləyən şagirdlərimiz faciəyə dünya içtimayətinin hüquqi qiymət verilməsinə çağırış etdilər. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi S.Cabbarovanın ifasında “Şəhidlər” mahnısı tədbir iştirakçılarını daha da təsirləndirdi. Sonda məktəbin direktoru A.F.Bayramova çıxış edərək Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılmasında “Xocalıya ədalət” kampaniyasının təsisçisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətini qeyd etdi, yetişməkdə olan gənc nəslin şəhidlər qarşısındakı borclarının Xocalının düşmən əsarətindən azad etmək olduğunu söylədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi