“Xocalıya ədalət” devizi altında məktəblərarası bilik yarışı

“Xocalıya ədalət ”devizi altında 246 və 144№li məktəblərin VI sinif şagirdləri arasında tarix fənnindən bilik yarışı keçirildi. Faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra komandalar arasında gərgin və maraqlı yarış başladı. Komandalar işğal olunmuş torpaqlarımızın qədim tarixi, etnoqrafiyası haqqında tərtib olunmuş sualları təyin olunmuş vaxt müddətində dolğun cavablandırdılar. Hər iki məktəbin tarix müəllimlərindən ibarət münsiflər heyəti sonda məktəbimizin şagirdlərini qalib elan etdi. Qarşılıqlı dostluq şəraitində keçən oyunun iştirakçıları xoş təəsuratlarını Qarabağ şikəstəsinin sədaları altında xatirə şəklində əbədiləşdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi