"Xocalı faciəsi və faciəyə gedən yol”

Xocalı faciəsinin 25 –ci il dönümünə dair tədbirlər planına əsasən yuxarı sinif şagirdləri iştirakı ilə “Xocalı faciəsi və faciəyə gedən yol” mövzusunda dəyirmi masa təşkil olundu. Şagirdlər 1990-cı illərdə Respublikamızda cərəyan edən hadisələrdən, Xocalı rayonunun tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətləri, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından danışdılar. Məktəbimizin tarix müəllimi A.Rzayeva soyqırımda iştirak edən qüvvələr haqqında ətraflı məlumat verdi, Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılmasında “Xocalıya ədalət” kampaniyasının təsisçisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etdi. Sonda erməni silahlı qüvvələrinin vəhşiliyinin bariz nümunəsi olan videoçarx nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi