”Ana dilimizi sevək, sevdirək! ”

21 Fevral "Beynəlxalq Ana dili günü"münasibəti ilə “Ana dilimizi sevək, sevdirək!” mövzusunda ədəbi-bədii kompozisiya keçirildi. İlk olaraq tədbirin təşkilatçısı Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Məmmədova Mehriban bu əlamətdar günün tarixi haqqında məlumat verdi. Sonra VIç sinif şagirdləri ”Şirin dil ” mahnısını ifa etdilər. Şagirdlərimizin ifasında dilimizin gözəlliklərindən bəhs edən bədii qiraət nümunələri, ana dilinin müqəddəsliyini əks etdirən mahnılar, dahilərin dilimiz haqqında söylədikləri müdrik kəlamlarından nümunələr iştirakçılarda xoş təəssürat yaratdı. B.Vahabzadənin öz ifasında “Ana dili” şeirini dinləyən şagirdlərimiz düyğularını”Ana dilimizi sevək, sevdirək!” başlığı altında esse ilə dilə gətirdilər. Ulu babalarımızdan miras qalan ən qiymətli milli sərvətimiz olan ana dilimizin gözəlliyi, incəliyi haqqında Azərbaycan dili və ədəbiyyat müəllimi S.Mədətova geniş məlumat verdi. İştirakçılar şagirdlər tərəfindən hazırlanmış videoçarx vasitəsilə doğma yurdumuza, onun əsrarəngiz gözəlliyinə, görməli yerlərinə, muzey və tarixi abidələrinə qiyabi səyahət etdilər. 21 fevral su çərşənbəsinə təsadüf etdiyi üçün tədbirdə bu mövzuya da toxunuldu, su haqqında atalar sözləri, el deyimləri səsləndi. Bu çərşənbədə qeyd olunan adət-ənənələrimiz maraqlı videoçarxla nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi