Milli-mənəvi dəyərlərimiz qürur mənbəyimizdir

“Azərbaycan tarixi və etnoqrafiyası “ mövzusu ətrafında şagirdlərimiz öz araşdırmalarını təqdim etdilər. Təqdimatda tarixi kökə malik olan milli-mənəvi dəyərlərimiz, incəsənətimiz, mədəniyyətimizə olan bağlılığımız, əsrlərdən bəri formalaşmış adətlərimiz, elm, ədəbiyyat, incəsənət əsərlərimiz, bayramlarımız, qürur mənbəyimiz olan ana dilimiz, tarixi abidələrimiz haqqında məlumatlar fəxrlə təqdim olundu. İncəsənət əsərlərimizin nə qədər dəyərli olduğunu şagirdlərimiz Mir Cəlal Paşayevin “İtə ataram, yada satmaram” əsərini ustalıqla səhnələşdirərək iştirakçılara çatdırdılar. Tədbirdə tariximizin müxtəlif dövrlərinə aid sərgilənən eksponatlar böyük marağa səbəb oldu. Sonda məktəbin direktoru A.Bayramova şagirdlərə tariximizi, milli-mənəvi dəyərlərimizi unutmamağı, əcdadımızın bizə miras qoyduğu dəyərlərimizi qoruyub, gələcək nəsillərə hədiyyə verməyi tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi