9 may “Qələbə günü” və 10 may Ulu öndər Heydər Əliyevin anadan olmasının 92 – ci ildönümü ilə əlaqədar iməclik

Azərbaycan xalqı mayın 9 -da faşizm üzərində qələbənin 70 illiyi və mayın 10- da müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin anadan olmasının 92 -ci ildönümünü təntənə ilə qeyd edir.Bununla əlaqədar Təhsil Nazirliyinin bayram tədbirlərindən biri kimi mayın 9 - da müəllim , şagird və texniki işçilər fəal cəlb olunmaqla iməcliyin keçirilməsi ilə bağlı tövsiyəsinə Bakı şəhəri 246 N-li məktəb lisey də qoşulmuşdur.Bakı şəhəri 246 Nli məktəb liseydə 9 may “Qələbə günü” və 10 may Ulu öndər Heydər Əliyevin anadan olmasının 92 – ci ildönümü ilə əlaqədar tədbirlər planına uyğun olaraq 09.05.2015 ci il tarixdə iməclik keçirildi.Bununla bağlı sinif otaqlarında, dəhlizlərdə təmizlik işləri aparıldı.Sinif rəhbərləri , şagirdlər bu işdə mütəşəkkil iştirak etdi.Həmçinin məktəbyanı sahə də təmizlik və abadlıq işləri aparıldı , ağacların dibi belləndi , suvarıldı və gövdələri zərərvericilərdən qorunmaq məqsədilə ağardıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi