“9 may faşizm üzərində qələbənin 70-ci ildönümü” “1941-1945-ci il Böyük Vətən müharibəsində Azərbaycanın rolu” mövzusunda dəyirmi masa

8 May 2015-ci iltarixində məktəbin tarix müəllimi Nadir İmamverdiyev “9 may faşizm üzərində qələbənin 70-ci ildönümü” ilə əlaqədar olaraq məktəbin 11-ci sinif şagirdləri ilə “1941-1945-ci il Böyük Vətən müharibəsində Azərbaycanın rolu” mövzusunda dəyirmi masa keçirdi. İlk öncə 8 may- Şuşa şəhərinin işğalı zamanı şəhid olmuş Azərbaycan vətəndaşlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Nadir İmamverdiyev Böyük Vətən müharibəsinin baş vermə səbəbləri haqqında tarixi mənbələrdən faktlarla məlumatlar verdi. Faşist Almaniyasının Azərbaycan,Bakı nefti haqqında olan xüsusi planlarından danışdı. Müharibənin ilk günlərindən etibarən Azərbaycan xalqının həm ön cəbhədə , həm arxa cəbhədə göstərdiyi rəşadət vurğulandı. 11-ci sinif şagirdlərindən Ərşad Məmmədov ön cəbhədə vuruşan İsrafil Məmmədov , Hüseynbala Əhmədov , Mehdi Hüseynzadənin misilsiz qəhrəmanlıqları haqqında,Qafqazin müdafiə olunması, nasistlərin bu ərazidə məhvi ilə bağli geniş məruzə etdi. Digər məruzəçi Fəridə Namazova Azərbaycanlılardan təşkil olunmuş Milli Atıcı dviziyanin: 416-cı Taqanrok dviziyasının xüsusi xidmətləri haqqında ətraflı məlumat verdi. 416-cı dviziyanın Qafqazdan Berlinə qədər keçdiyi şərəfli döyüş yolu , 1980-cı ildə ümummillilider Heydər Əliyevin 416-cı divizyanın əziz xatirəsini əbədi yaşatmaq üçün ”Xatirə ansanbılı” yaradılmasında olan rolundan danışdı. Şagirdlərdən Nərgiz Əvəzzadə partizan müqaviməti hərakatında 400 nəfər Azərbaycanlı partizanın göstərdiyi şücaətlər haqqında, əfsanəvi qəhrəmanlıqlar göstərən partizan Əhmədiyyə Cəbrayılovdan məruzə etdi. Aytac Məmmədli isə ön cəbhənin təmin olunması üçün Azərbaycan zəhmətkeşlərinin rolu, neftçilərin əməyi, Bakı nefti, cəbhənin pul,ərzaq ,tikinti və sənaye matirialları ilə necə təmin olunması , akademik Əziz Əliyevin bu sahədə göstərdiyi misilsiz xidmətlər haqqında ətraflı məlumat verdi.Sonda mövzu Qarabağ problemi ilə əlaqələndirildi . Azərbaycanlı Sovet ittifaqı qəhrəmanları və müasir Milli qəhrəmanlarımızın igidlik, mərdlik, dözümlülük, vətənpərvərlik kimi xüsusiyyətləri müzakirə oludu və şagirdlərə bu ruhda yaşamaq , bu kimi keyfiyyətləri özlərində cəmləşdirərək hər zaman vətənin müdafiəsinə hazır olmaları tövsiyyə olundu.Müzakirə Böyük Vətən müharibəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi